BANK

Azərbaycan banklarında bu şəxslərin əmanətləri 8 milyard manatdan çoxdur
30 İYUL
228

Azərbaycan banklarında bu şəxslərin əmanətləri 8 milyard manatdan çoxdur

2019-07-30 21:39:00

2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 milyon manat  olub. Fins.az xəbər verir ki, bu varədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayımlayıb. Məlumatda bildirilir ki, 2019-cu ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 364.1 milyon manat yəni 4,4% artıb. Artım əsasən tələbli depozitlər hesabına baş vermişdir. Belə ki, 6 ay ərzində tələbli depozitlər 505.7 milyon manat 18,1% artmışdır.

Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 114.1 milyon manat 1,1% azalsa da, müddətli depozitləri 803.5 milyon manat 55,4%  artaraq 2 milyard 253.2  milyon manata çatıb.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257