BANK

Palata 18 ayda 32 BOKT-un lisenziyasını ləğv edib
30 İYUL
159

Palata 18 ayda 32 BOKT-un lisenziyasını ləğv edib

2019-07-30 19:45:00

2019-cu ilin 2-ci rübündə Azərbaycanda bank olmayan kredit təşkilatlarının sayı 4 təşkilat azalıb.Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 31 Mart 2019-cu il tarixində 96 olan say 30 İyun 2019-da 92-yə düşüb.

2018-ci ilin sonunda bank olmayan kredit təşkilatlarının sayı 104 idi. Cari ilin ilk 6 ayında 12 təşkilat fəaliyyətini dayandırıb.Ötən il və bu ilin 6 ayı ərzində Palata tərəfindən 32 BOKT-un lisenziyası ləğv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır