BANK

Rusiya banklarında saxlanılan əmanətlərin məbləği açıqlanıb
30 İYUL
143

Rusiya banklarında saxlanılan əmanətlərin məbləği açıqlanıb

2019-07-30 14:46:00

Əmanətlərin Sığortalanması Agentliyinin verdiyi məlumata görə, iyulun 1-nə Rusiya əhalinin banklardakı əmanətlərinin məbləği 28 982,5 trilyon rubl (təxminən 456 milyard ABŞ dolları) təşkil edib. Məlumatda bildirilir ki,  fiziki şəxslərin banklardakı pulları ilin əvvəlindən  indiyəqədərki müddətdə 4,1%, son 1 ildə isə 2,5% artıb.

Maraqlıdır ki, əmanətlərin artımı Rusiya banklarının illik faiz dərəcələrini azalması fonunda baş verib. Yanvar-iyun aylarında orta əmanət faizi 7,1%-dən 6,5%-ə düşüb. Buna səbəb aparıcı bankların əmanətləri ucuzlaşdırmasıdır. Belə ki, ilk 100-lüyə daxil olan 47 bank əmanət faizlərini azaldıb, 39 bank artırıb, 14 bank isə sabit saxlayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır