BANK

Asiya İnkişaf Bankı Azərbaycan nə qədər kredit ayıracağını AÇIQLAYIB
30 İYUL
113

Asiya İnkişaf Bankı Azərbaycan nə qədər kredit ayıracağını AÇIQLAYIB

2019-07-30 13:50:00

Asiya İnkişaf Bankı 2020-2022-ci illərdə Azərbaycana $295 mln. məbləğində kredit ayırmağı nəzərdə tutur. Fins.az xəbər verir ki, bu barədə bankın yayımkladığı məlumatda bildirilir. Qeyd olunur ki Bankın Direktorlar Şurası Azərbaycan üçün 3 illik biznes planı təsdiq edib. Bu biznes plan çərçivəsində respublikaya $295 mln. məbləğində kredit verilməsi planlaşdırılır

Biznes plana əsasən, AİB bu dövrdə Azərbaycana 3 kredit ayırmağa hazırdır. Bank 2021-ci ildə ölkə üçün nəzərdə tutulmuş $265 mln., 2022-ci ildə isə $30 mln. məbləğində krediti ehtiyatda saxlayıb.Xüsusilə 3 illik dövr ərzində AİB Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması, kiçik və orta biznesə dəstək sahələrində layihələri maliyyələşdirməyə hazırdır.

Bundan başqa, Asiya İnkişaf Bankı 2020-2022-ci illərdə Azərbaycana $5,8 mln. məbləğində texniki yardım göstərəcək.Eyni zamanda, AİB bir sıra layihələrin hazır olacağı halda 2022-ci ildə respublikaya energetika, təhsil, infrastrukturun yaxşılaşdırılması və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihəyə $450 mln. məbləğində kredit ayıra bilər.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4 mlrd.-dan çox kredit ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257