BANK

Funtun dollara qarşı məzənnəsi son iki ilin ən aşağı həddinə enib
30 İYUL
140

Funtun dollara qarşı məzənnəsi son iki ilin ən aşağı həddinə enib

2019-07-30 09:43:00

Böyük Britaniya funtunun ABŞ dollarına qarşı məzənnəsi 2017-ci ilin mart ayından etibarən ən aşağı həddinə çatıb.

Fins.az xəbər verir ki, bu, yaxınlaşan sərt “Brexit”ə Boris Conson hökumətinin hazırlıq tədbirlərinə işgüzar mühitin reaksiyası olaraq dəyərləndirilir. 

Belə ki, London valyuta bazarında iyulun 29-da bir funt 1,2318dollara dəyişdirilirdi ki, bu da səhərki mübadilə əməliyyatlarına nisbətən 0,4 faiz azdır.

Qeyd edilir ki, bir qədər əvvəl Xarici İşlər katibi Dominik Raab başqa ölkələrlə sərbəst ticarət sazişləri imzalamadan Ümumdünya Ticarət Təşkilatının mövcud tarifləri əsasında ticarət əməliyyatları aparmağa hazır olmağın vacibliyini açıqlamışdı.

Hazırda Avropa İttifaqı üzvü olan Böyük Britaniya təşkilatın digər üzv ölkələrilə, habelə Aİ ilə sərbəst ticarət sazişi olan başqa ölkələrlə rüsumsuz ticarət əməliyyatları apardığı halda, “sərt “Brexit” variantı gerçəkləşərsə, bu imtiyazlardan daha yararlana bilməyəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır