BANK

Dünya Bankı Azərbaycanın bu dövlət qurumuna maliyyə ayırmağa razılıq verib
29 İYUL
164

Dünya Bankı Azərbaycanın bu dövlət qurumuna maliyyə ayırmağa razılıq verib

2019-07-29 12:49:00

"Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib". Fins.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir", - deyə o, bildirib.

Qeyd edək ki, bu layihənin hesabına 343 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır