BANK

"AFB Bank" da nə qədər gəlir əldə etdiyini açıqladı - HESABAT
23 İYUL
226

"AFB Bank" da nə qədər gəlir əldə etdiyini açıqladı - HESABAT

2019-07-23 21:11:00

Fins.az xəbər verir ki, "AFB Bank" 2019-cu ilin II rübü üçün hesabatını açıqlayıb.Hesabatda bildirilir ki, 30 İyun 2018-ci il tarixində “AFB Bank” -ın cəmi aktivlərinin həcmi 522 milyon 782 min manat olub. Sözügedən dövrdə bankın 450 milyon 777 min manat cəmi öhdəlikləri olub. "AFB Bank" 72 milyon 4 min manat cəmi balans kapitalına malik olub. Bank 2019-cu ilin birinci yarısında 224 milyon 768 min manatı müştərilərə kreditlər verib.

Bankın rüblük hesabatlarında 2019-cu ilin yanvar-iyun dövründə “AFB Bank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 19 milyon 93 min manat (14 milyon 359 min manatı faiz, 4 milyon 734 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri 15 milyon 348 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 744 min manat əməliyyat mənfəəti olub. “AFB Bank” əməliyyat mənfəətinin 2 milyon 67 min manatını aktivlәr üzrә mümkün zәrәrlәrin ödәnilmәsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından cari ilin 1-ci yarısını 1 milyon 677 min manat xalis mənfəət əldə edib

"AFB Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 677 min manat xalis mənfəət əldə edib. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurmuşdu. Qısası, “AFB Bank”ın xalis mənfəəti 3,2 dəfə azalıb. Mənfəətin azalması Bankın gəlirlərinin düşməsi ilə bağlıdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin birinci yarısında “AFB Bank”ın cəmi gəlirləri 23 milyon 940 min manat (faiz gəlirləri 18 milyon 950 min manat, qeyri-faiz gəlirləri 4 milyon 991 min manat) təşkil etmişdi. 11 milyon 49 min manat faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 12 milyon 892 min manat əməliyyat mənfəəti qalmışdı. Əməliyyat mənfəətinin 7 milyon 561 min manatı ehtiyata yönəldilmişdi. Nəticədə Bank 2018-ci ilinin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurmuşdu.

30 İyun 2019-cu il tarixində “AFB Bank” 423 milyon 672 min manat cəmi aktivlərə (o cümlədən 251 milyon 221.3 min manatı müştərilərə verilmiş kreditlər), 347 milyon 714 min manat cəmi öhdəliklərə və 75 milyon 959 min manat cəmi kapitala malik olub.

Qeyd edək ki,2019-cu ilin fevral ayında mətbuatda yayımlanmış xəbərlərə görə, "AFB Bank" ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan" MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır