BANK

346 milyon 502 min manat kredit verən bank - AZƏRBAYCANDA
22 İYUL
163

346 milyon 502 min manat kredit verən bank - AZƏRBAYCANDA

2019-07-22 11:45:00

30 İyun 2019-cu il tarixində “Rabitəbank” 107 milyon 811 min manat məcmu kapitala malik olub.Fins.az xəbər verir ki, bu barədə “Rabitəbank” ASC 2019-cu ilin 1-ci yarısı üçün verdiyi hesabatda məlumat verilir Məlumatda bildirilir ki, ötən ilin ilk 6 ayında faiz gəlirləri 17 milyon 483 min manat ikən, cari ilin ilk 6 ayında 18 milyon 256 min manattəşkil edib (4,4% çox). “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 4,9% artımla 4 milyon 682 min manata yüksəlib.

“Rabitəbank” ASC 2019-cu ilin 1-ci yarısında 4 milyon 835 min manat vergidən əvvəl mənfəət  əldə edib. Bu göstərici  2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın vergidən əvvəl mənfəəti 15,5 dəfə çoxalıb “Rabitəbank” 2018-ci ilin 1-ci yarısını 311 min manat vergidən əvvəl mənfəət əldə edib. 2018-ci ilin  ilin ilk 6 ayında faiz gəlirləri 17 milyon 483 min manat ikən, cari ilin ilk 6 ayında 18 milyon 256 min manattəşkil edib (4,4% çox). “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 4,9% artımla 4 milyon 682 min manata yüksəlib.

2019-cu ilin yanvar-iyun dövründə “Rabitəbank” 22 milyon 938 min manat cəmi gəlirləri əldə etmək üçün 18 milyon 10 min manat xərc çəkib. Nəticədə Bankın 4 milyon 928 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 94 min manatı ehtiyata ayrılıb (ötən ilin eyni dövrü ilə müqayisədə 39 dəfə az) və nəticədə Bankın 4 milyon 835 min manat vergidən əvvəl mənfəəti qalıb.

2018-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” 21 milyon 946 min manat cəmi gəliriəldə etmək üçün 17 milyon 955 min manat xərc çəkmiş və 3 milyon 991 min manat əməliyyat mənfəəti əldə etmişdi. Bankın əməliyyat mənfəətinin 3 milyon 678 min manatını ehtiyata ayırdığından həmin dövrü 311 min manat mənfəət ilə bağlamışdı.

Ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə “Rabitəbank”ın müştərilərə verdiyi cəmi kreditlər 83 milyon 158 min manat və ya 31,6% artaraq 30 İyun 2019-cu il tarixində 346 milyon 502 min manata çatıb. Ötən 12 ay ərzində Bankın aktivləri isə 101 milyon 88 min manat və ya 14,2% azalaraq 611 milyon 404 min manata düşüb. Aktivlərin azalmasının səbəbi likvid aktivlərin azalmasıdır. Öhdəliklərdə yer alan müştərilərin cari hesablarındakı vəsaitlərin 98 milyon 348 min manat və ya 31,2% azalaraq 216 milyon 457 min manata düşməsilə əlaqədar olaraq likvid aktivlər də azalıb.2018-ci ilin birinci yarısı ilə müqayisədə “Rabitəbank”ın faiz xərcləri azalıb, qeyri-faiz xərcləri təxminən eyni səviyyədə qalıb, inzibati xərcləri isə artıb. “Rabitəbank”ın faiz xərcləri 1 milyon 873 min manat azalaraq 5 milyon 203 min manata geriləyib, inzibati xərcləri isə 1 milyon 966 min manat artaraq 9 milyon 309 min manata yüksəlib.

Hesabatda göstərilir ki, 2018-ci  1-ci yarısının sonu ilə müqayisədə “Rabitəbank”ın müştərilərə verdiyi cəmi kreditlər 83 milyon 158 min manat və ya 31,6% artaraq 30 İyun 2019-cu il tarixində 346 milyon 502 min manata çatıb. Ötən 12 ay ərzində Bankın aktivləri isə 101 milyon 88 min manat və ya 14,2% azalaraq 611 milyon 404 min manata düşüb. Aktivlərin azalmasının səbəbi likvid aktivlərin azalmasıdır. Öhdəliklərdə yer alan müştərilərin cari hesablarındakı vəsaitlərin 98 milyon 348 min manat və ya 31,2% azalaraq 216 milyon 457 min manata düşməsilə əlaqədar olaraq likvid aktivlər də azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır