BANK

Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti illik toplantısının hansı şəhərdə keçirləcəyi açıqlanıb
13 İYUL
145

Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti illik toplantısının hansı şəhərdə keçirləcəyi açıqlanıb

2019-07-13 22:16:00

Asiya İnfrastruktur İnvestisiya Bankının V İllik Toplantısı 2020-ci ilin iyulunda Çinin paytaxtı Pekində keçiriləcək. Fins.az xəbər verir ki bu barədə bankın yayımladığı məlumatda bildirilir.Məlumatda qeyd olunur ki, bu barədə qərar bankın Lüksemburqda keçirilən IV toplantısında qəbul olunub. Bu, bankın Pekində keçiriləcək ikinci iclası olacaq. AİİB-in 2016-cı ildə ilk iclası da Pekində təşkil olunmuşdu.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271