BANK

Azərbaycanda bu bankın 16 mln 905 min manat zərəri olub
12 İYUL
211

Azərbaycanda bu bankın 16 mln 905 min manat zərəri olub

2019-07-12 17:17:00

"Bank Melli İran" Bakı filialı 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 16 milyon 905 min manat xalis zərər ilə başa vurub. Filial 2019-cu ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 8 milyon 602 min manat zərər ilə bağlamışdı. Beləliklə, ikinci rübdə də "Bank Melli İran" Bakı filialının zərəri artıb.

"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 1-ci yarısını isə 1 milyon 384 min manat xalis mənfəət ilə bağlamışdı.

 Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin birinci yarısındakı zərər aktivlər üzrə ehtiyatların yaradılmasına 18 milyon 124 min manat ayrılması ilə bağlıdır. Ehtiyat ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılır. 

Gəlirləri azalıb 

01.01.2019 - 30.06.2019 dövründə "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 1 milyon 380 min manat, haqq və komissiya gəlirlər isə 74 min manat  təşkil edib. 2018-ci ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 480 min manat, haqq və komissiya gəlirlər isə 238  min manat təşkil edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027