BANK

Azərbaycanda neçə bankomat var? - DƏQİQ SAY
11 İYUL
210

Azərbaycanda neçə bankomat var? - DƏQİQ SAY

2019-07-11 09:50:00

1 iyun 2019-cu il tarixinə ölkədə 2,568 bankomat fəaliyyət göstərib, onlardan 1376-ı Bakıda, 1192-i isə digər şəhər və rayonlarda fəaliyyət göstərib. Azərbaycan Mərkəzi Bankından fins.az-a verilən məlumata görə,2019-cu ildən etibarən bankomatların ümumi sayı 66 ədəd və ya 2,64 faiz artıb.

Ölkədə POS-terminalların sayı isə 66 426 ədəd təşkil edib, onlardan 41 035-i Bakıda, 25 391-i isə digər şəhər və rayonlarda quraşdırılıb. 2019-cu ilin əvvəlindən Azərbaycanda POS-terminalların sayı 316 ədəd, yaxud 0,48 faiz artıb.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır