BANK

Azərbaycan əhalisi rublun alışını azaldıb -Mərkəzi Bankdan açıqlama
11 İYUL
118

Azərbaycan əhalisi rublun alışını azaldıb -Mərkəzi Bankdan açıqlama

2019-07-11 03:51:00

Azərbaycanda əhali tərəfindən 2019-cu ilin yanvar-may ayları ərzində satılmış nağd Rusiya rublunun həcmi 5 876 554,0 min rubl, alışın həcmi isə 1 356 543,3 rubl təşkil edib.

Azərbaycan Mərkəzi Bankından fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhali tərəfindən rublun satış həcmi 1,6% artıb, alış həcmi isə 5,8% azalıb.

Beləliklə, yanvar-may aylarının yekunlarına görə, əhali tərəfindən nağd rublun satışı alışın həcmini 4,3 dəfə üstələyib. 

Cari ilin əvvəli ilə müqayisədə isə mayda əhali tərəfindən rublun alışı 6,3% azalaraq 298 320,9 min rubl, satışı isə 2% artaraq 1 348 330,4 min rubl təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiya rublunun orta məzənnəsi 0,0256 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027