BANK

Banklar Assosiasiyasının rəsmisi : "Əgər vətəndaşların depozit müqavilələrinin vaxtı bitibsə..."
10 İYUL
356

Banklar Assosiasiyasının rəsmisi : "Əgər vətəndaşların depozit müqavilələrinin vaxtı bitibsə..."

2019-07-10 16:42:00

1 iyul tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilməsi haqqında qərar qəbul edib. Bu barədə Aztv-nin “İqtisadiyyat Xəbərləri ” verilişində fikirlərini bölüşən  Azərbaycan Banklar Assosiasiyasının eksperti Elman Sadıqov bildirib ki, “Hazırda depozit müqavilələri qüvvədə olan və banklarda depozitləri olan vətəndaşlarımız narahat olmasınlar. Müqaviləsinin müddəti bitməyən vətəndaşların əmanətləri hətta 14-15%-lə yerləşdirmiş olsalar belə hər hansı bir hadisə baş verərsə onların əmanətləri qorunan əmanətlərdir”. Fikirlərinin davamında o qeyd edib ki, “Müvafiq qərar 1 iyul tarixindən sonra bağlanmış  müqavilələrə şamil edilir. Əgər vətəndaşların depozit müqavilələrinin vaxtı bitibsə,yəni 1 iyuldan sonra  bitirsə vətəndaşlarımız o halda banklarda yeni müqavilələr bağlanarkən o amilə diqqət yetirməlidir. Amma mövcud depozit müştəriləri narahat olmamalıdırlar”

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır