BANK

İngilis funt sterlinqi dolları qarşısında sürətlə ucuzlaşır
10 İYUL
191

İngilis funt sterlinqi dolları qarşısında sürətlə ucuzlaşır

2019-07-10 12:55:00

Böyük Britaniyanın milli valyutası – ingilis funt sterlinqi dünyanın aparıcı valyutaları, o cümlədən ABŞ dolları qarşısında sürətlə ucuzlaşır. Fins.az “Bloomberg”-ə istinadən  xəbər verir ki, iyunun 24-də 1,27 olan USD/GBP nisbəti 1,24-ə düşüb. Bu, 2017-ci ilin aprel ayından bəri ən aşağı həddir. Böyük Britaniyanın dövlət istiqrazlarının gəlirliliyi isə 2016-cı ilin sentyabr ayından bəri ən aşağı həddədir – 0,72%. Amma son günlər bu göstəricidə dəyişiklik olmayıb.

Ekspertlər funt sterlinqin dəyərdən düşməsini Böyük Britaniya iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirirr. Xüsusilə bu ölkədə pərakəndə ticarət satışları 2012-ci ildən bəri ən aşağı səviyyədədir.

İnvestorlar ölkənin Avropa İttifaqını tərk etməsini, baş nazir Tereza Meyin istefa verməsi fonunda İngiltərə Mərkəzi Bankının faiz dəhlizi parametrlərini aşağı salmasını əlavə risk kimi qiymətləndirirlər. Sonuncu amil dövlət istiqrazlarının cəlbediciliyini azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır