BANK

Larinin ucuzlaşması davam edir-ƏN SON QİYMƏT
09 İYUL
212

Larinin ucuzlaşması davam edir-ƏN SON QİYMƏT

2019-07-09 17:18:00

Gürcüstanın milli valyutası olan lari dəyər itirərək yeni rekord həddə çatıb. Hazırda Gürcüstanın kommersiya banklarında 1 dolların alışı 2,86 lari, satışı isə 2,98 lari təşkil edir. Avro ilə əməliyyatlar isə müvafiq olaraq 3,1950 lari və 3,3450 lari məzənnəsi ilə həyata keçirilir.

Qeyd edək ki, ötən gün Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,8320 lari səviyyəsində müəyyən edib.Yeni məzənnə bu gün saat 17:00-da elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269