BANK

“Unibank” problemli kreditlər üzrə ödədiyi kompensasiyanın miqdarını açıqladı -MƏBLƏĞ
09 İYUL
312

“Unibank” problemli kreditlər üzrə ödədiyi kompensasiyanın miqdarını açıqladı -MƏBLƏĞ

2019-07-09 16:58:00

“Unibank” problemli kreditlər üzrə 65,257 mln. manatdan çox kompensasiya ödəyib. Bu barədə bankın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov məlumat verib.

Fins.az. xəbər verir ki, “Bildiyiniz kimi, “Unibank” kompensasiya ödənişlərini vaxtında başa çatdırıb. Proses dövründə 122,651 min müştəriyə 65,257 mln. manat məbləğində kompensasiya ödənişi həyata keçirilib”, - deyə M.Məmmədov müsahibəsində bildirib.

Onun sözlərinə görə, kompensasiya ödənişləri başa çatan kimi, bank fərmanın ikinci hissəsinin icrasına - fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başlayıb.“Qısa müddətdə texniki məsələlər həll edildi. Artıq müştərilərimizin bir qisminin kreditləri restrukturizasiya edilib və bu proses davam edir”, - deyə M.Məmmədov qeyd edib.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır