BANK

"Bank olmayan kredit təşkilatları haqqında" qanununun müzakirəsi Milli Məclisin gündəliyindən çıxarıldı
09 İYUL
128

"Bank olmayan kredit təşkilatları haqqında" qanununun müzakirəsi Milli Məclisin gündəliyindən çıxarıldı

2019-07-09 12:55:00

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib. Milli Məclisin bir az əvvəl başlayan plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, gündəliyə 38 məsələ daxil idi, onlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: “Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), "Bank olmayan kredit təşkilatları haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271