BANK

"Morgan Stanley"-in qlobal bazarlar barədə gözlənilməz proqnozu
08 İYUL
126

"Morgan Stanley"-in qlobal bazarlar barədə gözlənilməz proqnozu

2019-07-08 19:42:00

Son 5 ildə Morgan Stanley qlobal bazarlarda ticarət olunan səhmlərdəki yatırımlarını minimuma endirib və bu səhmlər üzrə proqnozlarını “underperform“ səviyyəsinə çatdırıb. Bank yaxın 3 ayda səhmlərin perspektivini neqativ olaraq görür. 

Endryu Şits - bazar günü bankın strateqiyası haqda məruzəsində, korporativ gəlirlərin çox optimist olması ancaq istehsalat industriyasında bütün dünyada işlərin əvvəl ki gücüylə getməməsi faktı haqda fikirlərini bildirib. Mərkəzi bankların yüngülləşdirmə siyasəti gözləntiləri böyükdür və bu bazar tərəfindən artıq istifadə olunmuş informasiyadır və bazara yeni “drive” verəcək gözləntilərin olmadığını və səhmlərin onsuzda lazım olandan çox baha qiymətlərdə olması bankın bazara neqativ baxmasına gətirib çıxarıb. 

“Dünya iqtisadiyyatında PMİ qabaqlayıcı indikatorunun son aylarda sürətlə zəifləməsi, bazarın iqtisadiyyatın perspektivlərinin neqativ olması faktını nəzərə almaması bizim üçün istəmədiyimiz risklər anlamına gəlir” hesabatda deyilir. 

Dünya fond bazarları ilin əvvəlindən 16% civarında artım göstərsədə, bəzi strateqlər qlobal iqtisadiyyatın zəifləməsi və Çin - ABŞ arasındakı konfliktin şirkətkərin gəlirlərinə ziyan vuracağına əmindirlər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271