BANK

Türk Lirəsi Mərkəzi Bankın sədrinin vəzifədən azad edilməsindən sonra ucuzlaşıb
08 İYUL
161

Türk Lirəsi Mərkəzi Bankın sədrinin vəzifədən azad edilməsindən sonra ucuzlaşıb

2019-07-08 09:53:00

Fins.az-ın məlumatına görə, dollar Türk Lirəsi qarşısında, ötən şənbə günü Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkayanın vəzifəsindən azad edilərək yerinə sədr müavini Murat Uysalın təyin edilməsilə əlaqədar olaraq bahalaşıb.Mütəxəssislər, məzənnədəki güclü yüksəlişi Mərkəzi Bankın müstəqilliyi barədə narahatlıqların artmasından qaynaqlandığını bildirirlər.Dollar/TL məzənnəsi Asiya seansında ilk əməliyyatlarda 5.8247 səviyyəsinə qədər qalxıb. Hazırda məzənnə 2,1% artımla 5.74 səviyyələrindədir.

Məzənnə ötən həftə 2.86% düşdükdən sonra 5.6280 səviyyələrində bağlanmışdı. Vəzifə müddəti 2020-ci ildə başa çatacaq Çetinkaya şənbə səhəri rəsmi qəzetdə dərc olunan Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib və yerinə sədr müavini Uysal təyin edilib.Mərkəzi Bankın internet saytından verilən açıqlamada, "Sədr Murat Uysal verdiyi ilk açıqlamada Bankımızın qanunla ona verilən vəzifə və səlahiyyətlər çərçivəsində əsas məqsədi olan qiymət sabitliyini təmin etməyə yönəlmiş pul siyasəti vasitələrini müstəqil şəkildə həyata keçirməyə davam edəcəyini bildirib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır