BANK

18 min bank əməkdaşı işsiz qalacaq
08 İYUL
239

18 min bank əməkdaşı işsiz qalacaq

2019-07-08 09:43:00

Almaniyanın ən iri bankı olan “Deutsche Bank” 2022-ci ilədək təxminən 18 min işçini ixtisara salacaq.

Bu barədə bankın rəsmi internet saytında yerləşdirilən məlumatda qeyd olunub.

Daha əvvəl “Wall Street Journal” və “Deutsche Bank”ın dünya miqyasında 15 mindən 20 minə qədər işçinin azaldılması ehtimalını nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. 

Beləliklə, bankın hər altıncı əməkdaşı işdən azad ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır