BANK

“Expressbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
06 İYUL
215

“Expressbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

2019-07-06 20:31:00

Bakı, 5 iyul 2019-ci il - “Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının 15 iyun 2019 – cu il tarixində növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yiğıncaq “Expressbank” ASC-nin bir sıra cari məsələlərini müzakirə edərək bankın kənar audit hesabatını təsdiq etmişdir.

Eyni zamanda “Expressbank” ASC-nin Səhmdarların Ümumi Yığıncağında Müşahidə Şurasının sədri Emin Məmmədovun istefası qəbul edilərək 02 iyul 2019-cu il tarixindən etibarən Əhəd Əbülfəz oğlu Əliyevin bankın Müşahidə Şurası sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunmuşdur. 1965-ci il təvəllüdlü Ə.Əliyev elmlər namizədidir. 2012-ci ildən “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.

Ümumi Yığıncağın digər bir qərarı ilə Roksana Əfəndiyeva əvəzinə Vaqif Davudov “Expressbank” ASC-nin Müşahidə Şurasının üzvü seçilmişdir.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bankın xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrində məlumat almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271