BANK

Mərkəzi Bankdan nağdsız ödənizlərlə bağlı açıqlama
05 İYUL
111

Mərkəzi Bankdan nağdsız ödənizlərlə bağlı açıqlama

2019-07-05 09:57:00

Fins.az-ın məlumatına görə, Mərkəzi Bankın statistikasına əsasən, 2019-cu ilin may ayında kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 363 milyon manat olub. Bu məbləğin 247 milyon manatı elektron ticarətin payına düşür, qalan 100 milyon manat ödəniş POS-terminallar, 16 milyon manat isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

2019-cu ilin mayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayında da artım qeydə alınıb. Hesabata əsasən, bu il iyunun 1-dək həmin əməliyyatların həcmi 1 milyard 961 milyon manat olub. Qeyd edək ki, may ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artaraq 6 milyon 968 min ədəd olub. Bunun tərkibinə daxil olan əməkhaqqı, kredit, sosial və digər kartların sayında aprel ayına nisbətən artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269