BANK

Azərbaycan banklarının xarici borcları azalmaqda davam edib
04 İYUL
192

Azərbaycan banklarının xarici borcları azalmaqda davam edib

2019-07-04 12:58:00

2019-cu ilin ilk 5 ayı ərzində Azərbaycan banklarının xarici öhdəlikləri 320,5 milyon manat azalıb.

Fins.az-ın məlumatına görə, “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin sonunda 1 milyard 828,1 milyon manat olmuş xarici öhdəliklər 2019-cu il Mayın sonunda 1 milyard 507,6 milyon manata düşüb.

Ötən ilin May ayının sonu ilə müqayisədə bankların xarici öhdəlikləri 356,2 milyon manat azalıb.

Xatırladaq ki, 2017-ci ilin Avqust ayında Azərbaycan banklarının xarici öhdəlikləri 6 milyard 428 milyon manat təşkil edirdi. Azərbaycan Beynəlxalq Bankında aparılan sağlamlaşdırma tədbirlərindən sonra xarici öhdəliklər sentyabrında 2 milyard 706 milyon manata düşümüşdü (3 milyard 722 milyon manat azalmışdı).

Devalvasiyalardan əvvəl, 2015-ci ilin Yanvarında, bankların xarici öhdəlikləri 4 milyard 936 milyon manat təşkil edirdi. Devalvasiyalardan sonra, 2016-cı ilin Yanvarında, bankların xarici öhdəlikləri 8 milyard 386 milyon manata yüksəlmişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır