BANK

Ən aşağı faizlə ən çox istehlak kreditini hansı bank verir ?
03 İYUL
156

Ən aşağı faizlə ən çox istehlak kreditini hansı bank verir ?

2019-07-03 15:56:00

Azərbaycan banklarının kredit portfelinin mühüm hissəsisni istehlak kreditləri tutur. İstehlak kreditləri eyni zamnada müştərilər tərəfindən  də ən çox istifadə edilən kredit növü kimi də təsnifat edilir. Bankarların hər biri müştərilərə müxtəlif məbləğdə və fərqli faiz dərəcələri tətbiq etməklə kredit verir.

Fins.az Azərbaycanda banklar arasında hansı bankın maksimum istehlak krediti  təklif etdiyini  araşdırıb.Ölkə bankları arasında ən maksimal məbləğdə istehlak kreditini Amrahbank təklif edir. Beləki bank 20%  illik faiz dərəcəsi ilə maksimum 100000 manat məbləğində istehlak krediti təklif edir. İkinci ən çox istehlak krediti təklifini Acess bank edir. Bank 25% illik faiz dərəcəsi ilə maksimum 30000 manat məbləğində istehlak krediti verir. Daha sonra TuranBank illik minimum 16% maksimum 23% dərəcəsi ilə ən çox 30000 manat məbləğində istehlak krediti təklif edir.

Sonrakı yerləri illik 19-29% arası faiz dərəcəsi ilə Express Bank, illik 20% -dən 27%-ə qədər faiz dərəcəsi ilə 20000 manat kredit təklifi ilə Kapital Bank, illik 12%-dən -15%-ə qədər faiz dərəcəsi ilə maksimum 20 min manat kredit təklifi ilə Bank of Baku, illik 29-30% faiz dərəcəsi ilə  maksimum 20000 manat Uni Bank, illik faiz dərəcəsi 22%-lə-24% olan maksimum 15000 manat kredit təklif edən Rabitə Bank , illik faiz dərəcəsi 24% olamaqla 10000 manat kredit təklif edən VTB bank və 24-26% illik faiz dərəcisi ilə 5000 manat kredit təklif edən AtaBank bölüşür .

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271