BANK

Bu bank Azərbaycana $280 mln. məbləğdə kredit ayıracaq
03 İYUL
141

Bu bank Azərbaycana $280 mln. məbləğdə kredit ayıracaq

2019-07-03 14:48:00

Fins.az-ın məlumatına görə, Asiya İnkişaf Bankı  2020-2022-ci illərdə Azərbaycana özəl sektorun inkişafı və effektivliyinin artırılması məqsədilə $280 mln. ümumi məbləğdə kredit ayırmağı planlaşdırır. Bankın məlumatına görə,bu vəsaiti Azərbaycana 2020-2022-ci illərdə təqdim etməyi planlaşdırır. Bundan əlavə, həmin dövrdə AİB həmçinin illik $1,8 mln. məbləğində texniki yardım göstərməyi nəzərdə tutur

Məlumatda həmçinin qey olunur ki, Azərbaycanın iqtisadiyyatı hələ də neftdən olduqca asılıdır, bu da ehtiyatların məhdud olması və neftin qiymətinin volatil olması səbəbindən, qeyd olunan iqtisadi modeli dəyişkən edir. Hökumət qeyri-neft özəl sektorun inkişafı hesabına iqtisadiyyatı şaxələndirməyə çalışır. AİB hesab edir ki, bu proqram çərçivəsində kiçik və orta müəssisələr və qeyri-neft sektoru innovasiyaların genişləndirilməsi və texnologiyaların tətbiqi hesabına daha rəqabətə davamlı olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027