BANK

Tez-tez istifadə etdiyiniz əşyanızla ödənişi necə etmək olar ? - YENİ XİDMƏT
03 İYUL
120

Tez-tez istifadə etdiyiniz əşyanızla ödənişi necə etmək olar ? - YENİ XİDMƏT

2019-07-03 12:07:00

Hər hansı ödəniş  zamanı artıq vaxt sərf edərək cüzdanda və ya cibinizdə lazım olan plasitk kartı axtarmağa daha ehtiyac olmaycaq. Fins.az xəbər verir ki,  “Bank Respublika”-nın təqdim etdiyi yeni məhsul mobil telefon, cüzdan və ya digər tez-tez istifadə etdiyiniz əşyanıza stickeri yerləşdirməklə onu ödəniş vasitəsinə çevirmək imkanı yaradır. MasterCard PayPass texnologiyası üzərindən çalışan bu innovativ məhsuldan istifadə etməklə, Siz ödənişlərinizi bir toxunuşda həyata keçirmək mümkündür. Xidmətdən istifadə üçün üçün, stikeri POS terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PIN kod yığılmadan və təmassız olaraq birbaşa həyata keçsin.Bu prosesi həyata keçirdikdən sonra PayPass Sticker istənilən əşyanı ödəniş vasitəsinə çevirmək imkanını yaradır.

PayPass Sticker-i necə əldə etmək  üçün PayPass Sticker-ni adi bank kartı kimi onlayn sifariş etmək mümkündür və iki formada -əsas və əlavə kart formasında təklif olunur. Əgər əsas kat formasında bu stikeriniz digər plastik karta bağlanılır və Stiker ilə aparılan bütün əməliyyatlar əsas kartın hesabı üzrə keçirilir.Əlavə Kart formasında isə  Sticker bank kartlarının vəsaitlərin nağdlaşdırılması və e-commerce əməliyyatları istisna olmaqla bütün imkanlarına və xüsusiyyətlərinə malikdir. PayPass Sticker xidməti üç valyutada AZN/USD/EUR. təqdim olunur   “Bank Respublika”-nın  təqdim etdiyi PayPass Sticker-in qiyməti 20 AZN təşkil edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027