BANK

Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılır
02 İYUL
198

Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılır

2019-07-02 17:59:00

Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılacaq. 

Fins.az APA-ya istinadən xəbər verir ki, yeni 10 larilik əskinasları oktyabrın 1-dən  dövriyyədə görmək mümkün olacaq.

Milli Bankdan bildirilib ki, yenilənmiş banknotun üzərində Gürcüstanın mədəni-tarixi və ənənəvi dəyərlərini əks olunub.
Valyutanın üzərində gürcü rəssam David Kakabadze və "İmereti-mənim anam" əsəri təsvir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır