BANK

FMO ölkədə kiçik və orta biznesi kreditləşdirmək üçün Bank Respublikanı seçdi
19 İYUN
160

FMO ölkədə kiçik və orta biznesi kreditləşdirmək üçün Bank Respublikanı seçdi

2019-06-19 16:55:00

Bank Respublika və Hollandiya İnkişaf Bankı (FMO) arasında 8 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb. 3 il müddətinə ayrılan, aqro, kiçik və orta sahibkarlıq (KOS), həmçinin gənc sahibkarlar və qadın sahibkarların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu razılaşma beynəlxalq investorların son illərdə Azərbaycanın bank sektorunda bağladığı ən böyük kredit sazişlərindən biridir.

Bu nailiyyət,  son illər ərzində mikro, kiçik və orta biznesi maliyyələşdirən qabaqcıl təşkilat kimi bazarda mövqeyini daha da möhkəmləndirən Bank Respublika komandasının gördüyü işlərin nəticəsidir.

Kredit, Banka kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə fəaliyyətini genişləndirməkdə yardımçı olacaq. Cəlb olunan vəsaitlər regionlarda çalışan sahibkarlara, xüsusən də kənd yerlərində çalışan sahibkarlara böyük məbləğdə kreditlərin verilməsi üçün istifadə olunacaq.

“Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO ilə müqavilənin imzalanması, Bankımıza və onun kiçik və orta sahibkarlığın inkişafına dəstəyin verilməsi və ölkədə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş strategiyamıza olan yüksək inamı təsdiqləyir”, deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027