BANK

Azərbaycan Mərkəzi Bankı "0" göstərişli avro pul nişanı ilə bağlı sorğu göndərib
15 İYUN
574

Azərbaycan Mərkəzi Bankı "0" göstərişli avro pul nişanı ilə bağlı sorğu göndərib

2019-06-15 19:27:00

Avropa Mərkəzi Bankının Azərbaycana aid avro pul nişanının tədavülə buraxılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) sorğu ilə müraciət edib.

Bu barədə AMB-dən bildirilib. 

Məlumata grə, qurum yayılmış məlumatın doğru olub-olmaması ilə bağlı adı hallanan qurum və təşkilatlara sorğu ilə müraciət edib.

“Məlumat təsdiqlənəcəyi halda sizə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan evro xatirə pul nişanı tədavülə buraxıb.

Türkiyəli kolleksiyonçu Özgür Honça, Serhat Cemil Küçük, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixçi-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn "0" göstərişli avro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.

Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədi daşıyır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027