BANK

“Azər-Türk Bank” səhmdarlarına dividend ödəyib - MƏBLƏĞ
14 İYUN
149

“Azər-Türk Bank” səhmdarlarına dividend ödəyib - MƏBLƏĞ

2019-06-14 11:54:00

“Azər-Türk Bank” ASC səhmdarlarına dividend ödəyib.

Fins.az xəbər verir ki, bank 2018-ci ildə səhmdarlarına 2 mln. 153 min manat mənfəətindən 928 min manat dividend ödəyib. “Azər-Türk Bank” 2017-ci ildə isə səhmdarlarına 1 mln. 900 min manat dividend ödəmişdi.

Qeyd edək ki, sözügedən dövrə bankın cəmi aktivləri 366 mln. 856 min manat, cəmi öhdəlikləri 314 mln. 962 min manat, cəmi kapitalı isə 51 mln. 894 min manat təşkil edib. Mənfəəti 3 mln. 440 min manat olan “Azər-Türk Bank” 1 mln. 326 min manat vergi ödəyib və ötən ili 2 mln. 114 min manat xalis mənfəətlə başa vurub.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272