BANK

“Unibank”-dakı dəyişiklik barədə Rəsmi Açıqlama - FİNS
13 İYUN
451

“Unibank”-dakı dəyişiklik barədə Rəsmi Açıqlama - FİNS

2019-06-13 17:04:00

“Unibank KB” ASC-nin (haqqında) Müşahidə Şurasının üzvlərindən biri vəzifəsinindən ayrılıb. Yerli medianın yaydığı məlumata görə, xəbəri banka yaxın mənbə bildirib. (Banker.az)

Belə ki, Müşahidə Şurası üzvlərindən biri olan Zoltan Salai vəzifəsini tərk edib və ümumilikdə üzvlərin sayı 5-dən 4-ə endirilib. Xəbəri Fins.az-a bankın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova təsdiqləyib. 

Qeyd edək ki, Z.Salai 2016-cı ildə MŞ üzvü seçilmişdi.

Xatırladaq ki, “Unibank” ASC-nin nizamnamə kapitalı 125,68 mln. manatdır. Səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankı, 41,9%-i Eldar Qəribov (MŞ sədri) və 13,6%-inə isə digər hüquqi və fiziki şəxslər sahibdir.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır