BANK

Çin valyutasının nüfuzu xeyli artıb - FİNS
13 İYUN
260

Çin valyutasının nüfuzu xeyli artıb - FİNS

2019-06-13 14:02:00

Çin valyutasına investisiya qoyuluşu rublun amortizasiyasına qənaət etmək üçün faydalı bir yoldur. Bunu Çinin baş naziri Xi Jinping Rusiyaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin dolların inhisarından mütləq şəkildə qurtarulmaq üçün bir sıra layihələrə başlamaq qərarına gəlib.

Çin rəsmisi qeyd edib ki, hər iki ölkə bundan sonra aralarındakı ticarəti daha çox milli valyutalarda etməyə üstünlük verəcək:

“Çin və ya Rusiya bankları birbaşa müxbir hesablardan istifadə edəcək, sərhəd xarici köçürmələrə qatılacaq və bu prosesə dəstək verəcəklər. Ancaq Rusiya hazırda yuandan o qədər də çox istifadə etmir. Buna görə də dollar inhisarı təhlükə içində deyil. Maliyyə səlahiyyətlilərimizin bütün səylərinə baxmayaraq, hələ də Çin və Rusiya şirkətləri arasındakı ticarət münasibətlərində ABŞ valyutası üstünlük təşkil edir. Müxtəlif hesablamalara əsasən, ABŞ valyutasından istifadə iki ölkənin ticarət dövriyyəsində 75-80%-ə çatır”.

Rusiyanın aparıcı banklarından olan Alfa Bank-ın baş iqtisadçısı Natalya Orlova bildirib ki, problem Çinin ixracının əhəmiyyətli hissəsinin (57%) neft-qaz sektoruna düşməsindən qaynaqlanır. Bank rəsmisi buna baxmayaraq, ticarətdə yuanın əhəmiyyətinin artdığını vurğulayıb:

”Beş ildən sonra (2013-2018), Rusiya ixracında yuanın payı 1,7% -dən 4,5% -ə, idxalda isə 2,2% -dən 19,3% -ə qədər artıb. Çin hökuməti valyutasını beynəlxalq bazarlarda genişləndirməkdə maraqlıdır. Beynəlxalq Valyuta Fondu 2016-cı ildən valyuta səbətinə yuanı daxil etməsindən sonra Çin valyutasının nüfuzu xeyli artıb”.

                                                    Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır