BANK

384 milyon dolları manata çevirib, kapital olaraq banka yatırdılar - FİNS
12 İYUN
519

384 milyon dolları manata çevirib, kapital olaraq banka yatırdılar - FİNS

2019-06-12 15:55:00

Xarici öhdəliyimiz ciddi şəkildə azalıb. Fins.az xəbər verir ki, bunu Accssesbank-ın idarə heyətinin sədri Anar Həsənov bankın təşkil etdiyi biznes forumda jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl milli valyutaya çevrilmiş 384 milyon manat, dollardan, xarici kreditlərdən çevrilmiş hissədir və banka kapital olaraq yatırılıb: “Məın istisna etmirəm ki, biz bu ili sıfır xarici borclanma ilə bağlayacağıq. Çalışacağıq ki, yaxın 2 ildə xarici borclanmaya müraciət etməyəyək. Hətta biz 1,5 faiz dollar depozitini əhalidən daha ucuza cəlb edirik, nəinki xarici maliyyə təşkilatlarından”.   

                                     Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır