BANK

"Royalbank"-ın kreditorlarının diqqətinə - Tələbləriniz ödəniləcək!
12 İYUN
148

"Royalbank"-ın kreditorlarının diqqətinə - Tələbləriniz ödəniləcək!

2019-06-12 10:55:00

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 18 iyun 2019-cu il tarixindən etibarən başlanacaq.

Fins.az xəbər verir ki, məlumat adıçəkilən fond tərəfindən yayılıb. Məlumatda qeyd olunur ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər. 

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt:  941

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263