BANK

Vergi və gömrük sahəsindəki islahatları müştərilərin hesablarındakı dəyişiklikdə müşahidə etmək olur - Bankın idarə heyətinin sədri
11 İYUN
204

Vergi və gömrük sahəsindəki islahatları müştərilərin hesablarındakı dəyişiklikdə müşahidə etmək olur - Bankın idarə heyətinin sədri

2019-06-11 17:17:00

Həm vergidə, həm gömrükdəki dəyişiklikləri bizim kooperativ müştərilərin hesablarında baş verən ümumi dövriyyədə, o cümlədən vergi və gömrüklə bağlı ödənişlərin sayının artmasında müşahidə etmək olur. Fins.az xəbər verir ki, bunu Acssesbankın təşkil etdiyi biznes forumda bankın idarə heyətinin sədri Anar Həsənov bildirib. Hər bir islahat öz keçid dövrünü yaşamalıdır deyən A. Həsənov qeyd etdi ki, bazarda da tələb olunur ki, bu prosedura tam alışılsın: "Bununla əlaqədar biz həm maliyyə xidmətləri, həm də qeyri maliyyə xidmətləri olaraq bu kimi tədbirlərlə öz töfhəmizi verək. Müştərilərimiz, sahibkarlar nə qədər tez bu islahatları, dəyişiklikləri qəbul eləsələr bu bizim iqtisadiyyatın dinamikasına da bilavasitə təsir edəcək".

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269