BANK

Manatla olan əmanətlərə maraq artıb
10 İYUN
268

Manatla olan əmanətlərə maraq artıb

2019-06-10 12:17:00

Fiziki şəxslər tərəfindən ölkədə fəaliyyə göstərən kommersiya banklarına yerləşdirilən əmanətlərin həcmi 1 may 2019-cu il tarixinə 8 mlrd. 715 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu, 1 aprel tarixi ilə müqayisədə 4,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,6% çoxdur. 

Fiziki şəxslər tərəfindən yerləşdirilən əmanətlərin 3 mlrd. 621 mln. manatını milli valyutada olan əmanətlər, 5 mlrd. 93,9 mln. manatını xarici valyutada olan əmanətlər təşkil edib.

Ay ərzində yerli valyutada yerləşdirilən əmanətlərin həcmi 9,8%, xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 1,04% artıb.

© Finans

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır