BANK

Azərbaycanın strateji valyuta ehtiyatları 6%-dən çox artaraq 47,5 mlrd. dollara çatıb
07 İYUN
234

Azərbaycanın strateji valyuta ehtiyatları 6%-dən çox artaraq 47,5 mlrd. dollara çatıb

2019-06-07 14:45:00

Azərbaycanda xarici sektorda müsbət meyllər davam etməkdədir. Cari ilin 4 ayında ixrac (malların ixracı) 25,4%, o cümlədən qeyri-neft ixracı 19,9% artıb, ticarət balansında 2,5 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 47,5 mlrd. dollara çatıb.

Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən 24% yüksəlib.

Dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2,2% aşağı düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır