BANK

Cəmi 8 min manat qazanıb
04 İYUN
166

Cəmi 8 min manat qazanıb

2019-06-04 16:29:00

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 8 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 9 min manat zərərlə çıxmışdı.

Ötən il “Azinvestkredit”in gəlirləri 111 min manat, o cümlədən faiz gəlirləri 100 min manat, qeyri-faiz gəlirləri 11 min manat, xərcləri 101 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri 101 min manat, xüsusi ehtiyatlara ayırmaları 0 manat, mənfəət vergisi ödəmələri isə 2 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 421 min manat olub ki, bu da illik müqayisədə 5% çoxdur. Bunun 401 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 22,6% böyüyüb.

Hesabat dövründə “Azinvestkredit”in 13 min manatlıq öhdəlikləri yaranıb, balans kapitalı isə 1,75% artaraq 408 min manata çatıb.

 © Renkinq.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272