BANK

Nizamnamə kapitalları artan banklar - SİYAHI
04 İYUN
544

Nizamnamə kapitalları artan banklar - SİYAHI

2019-06-04 17:00:00

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın nizamnamə kapitalı illik müqayisədə artıb.

Fins.az xəbər verir ki, bunlar "Access Bank", "Nikoyl Bank", "Kapital Bank", "Muğan Bank", "Bank Respublika" və "AGBank"dır. Ən yüksək dinamika "Access Bank"da (84,5%), ən aşağı dinamika isə "AGBank"da (1,6%) qeydə alınıb.

Qalan 24 bankın isə nizamnamə kapitalı dəyişməyib. 

7 bankın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin nizamnamə kapitalı 200 milyon manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Nikoyl Bank" (348 milyon manat) "PAŞA Bank" (333 milyon manat), "Bank VTB Azərbaycan" (315,815 milyon manat), "Access Bank" (258,718 milyon manat),  "Kapital Bank" (225,85 milyon manat) və "Xalq Bank"dır (225,079 milyon manat).

Qalan 23 bankdan 6-da nizamnamə kapitalı 100-200 milyon manat arasında, 12 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda isə 50 milyon manatdan azdır.

© "Renkinq"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır