BANK

Daha bir bank maliyyə hesabatını açıqladı
24 MAY
428

Daha bir bank maliyyə hesabatını açıqladı

2019-05-24 13:48:00

“Muğanbank” ASC 31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Uyğun Hazırlanmış Maliyyə Hesabatlarını açıqlayıb.   

Fins.az sözügedən hesabata istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ötən ildə cəmi müştərilərə verilmiş kreditlər 5 milyon 666 min manat artaraq 342 milyon 318 min manata qədər artıb. Artımın korporativ kreditlərlə bağlı olduğu bilidirlir.

Belə ki, ötən il korporativ kreditlər 40 milyon 306 min manat və ya 44% artaraq 131 milyon 424 min manata yüksəlib. 2017-ci ilin sonunda korporativ kreditlər 91 milyon 118 min manat təşkil etmişdi. Fiziki şəxslərə verilmiş ipoteka kreditləri 3 milyon 766 min manat və ya 4% artaraq 99 milyon 229 milyon manata çatıb.  

Fiziki şəxlərə verilmiş təqaüdçü krediti 22,5% azalaraq 74 milyon 334 min manata, istehlak kreditləri 1,5% azalaraq 25 milyon 807 min manata, avtomobil alışı üçün verilən kreditlər 37,2% azalaraq 2 milyon 962 min manata düşüb. Fiziki şəxslərə verilmiş  sahibkarlıq kreditləri isə 25% azalaraq 67 milyon 525 min manata azalıb. Korporativ və ipoteka kreditlərindəki artım bu azalmaları artıqlaması ilə bağlayıb.

“Muğanbank” 2018-ci ildə müştərilərə verilmiş kreditlərə 40 milyon 574  min manat faiz hesablayıb. Bank 2017-ci ildə  müştərilərə verilmiş kreditlərə 35 milyon 913 min manat faiz hesablamışdı.

Maliyyə hesabatından aydın olur ki, “Muğanbank” ASC 2018-ci ili 1 milyon 36 min manat xalis mənfəətlə başa vurub.

Halbuki, Bank 2017-ci ili 7 milyon 825 min manat zərərlə bitirmişdi. Həmin il zərərin yaranmasının səbəbi ehtimal olunan kredit zərərləri üçün 20 milyon 977 min manatın ehtiyata ayrılması idi.

“Muğanbank” 2018-ci ildə 5 dəfəyə yaxın az - 4 milyon 425 min manat ahtiyata ayırıb. Ötən il “Muğanbank”ın cəmi faiz gəlirləri 8,7% artaraq 46 milyon 587 min manat, xarici valyuta əməliyyatları üzrə xalis gəlir 62% artaraq 1 milyon 479 min manat, haqq və komissiya gəlirləri isə 25,5% artaraq 12 milyon 147 min manat təşkil edib.  

Ötən il “Muğanbank”ın cəmi faiz gəlirləri 8,7% artsa da, faiz xərclərinin daha çox - 59,2% artması diqqəti cəlib edir. Faiz xərcləri daha çox olduğundan illik müqayisədə xalis faiz gəliri azalıb.

31 Dekabr 2018-ci il tarixində “Muğanbank”  525 milyon 272 min manat cəmi aktivlərə malik olub, bu da 2017-ci ilin sonu ilə müqayisədə 12,5% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır