BANK

Bankımız böyüyür - İdarə Heyətinin üzvü
21 MAY
546

Bankımız böyüyür - İdarə Heyətinin üzvü

2019-05-21 16:57:00

PAŞA Bankın plastik kartları ilə əməliyyatında artım var. Fins.az xəbər verir ki, bu açıqlamanı PAŞA Bankın maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev bildirib. O, qeyd edib ki, bu istiqamətdə artım davam edir: "Bankımız böyüyür, işçilərimiz artır. PAŞA Bank Gürcüstanda böyüyür. PAŞA Bank Gürcüstanın portfeli də çoxalıb. Nəzərə almaq lazımdır ki, Gürcüstanın bank bazarı çox aktivdir, yəni burada xarici banklar çoxluq təşkil edir. PAŞA Bank Türkiyəyə gəldikdə isə qeyd edim ki, bu ölkədəki bölməmizə əlavə kapital qoyulub. Cəlb olunan yeni kapital kredit təşkilatlarının maliyyə vəsaiti hesabına həyata keçirilib".

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257