BANK

Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilib
16 MAY
264

Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilib

2019-05-16 15:29:00

Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və beynəlxalq təşkilatların iştirakı ilə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir. Fins.az xəbər verir ki, növbəti tədbir “VisaInc.” beynəlxalq kart təşkilatı tərəfindən maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi məqsədilə keçirilib.

“VisaInc” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa ölkələrində risklər üzrə baş direktoru LarisaMakarova və eyni region üzrə risklər üzrə direktor Elnura Djenis tərəfindən ödəniş kartları sahəsində risklər və onların idarəedilməsinə cəlb olunmuş mütəxəssislər üçün “Fırıldaqçılıq hallarının qarşısının alınması: ənənəvi hallar və innovativ ödəniş texnologiyalarının istifadəsi” mövzusunda seminar keçirilib.

Tədbirdəinnovativ ödəniş texnologiyaları vəödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq halları,fırıldaqçılıq əməliyyatları üzrə statistik göstəricilər və bu kimi hallarla mübarizə tədbirləri,həmçinin regionda müşahidə olunan son trendlərmüzakirə edilərəkqarşılıqlı fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır