BANK

Ani ödəniş sistemi yaradılacaq – MƏRKƏZİ BANK
16 MAY
154

Ani ödəniş sistemi yaradılacaq – MƏRKƏZİ BANK

2019-05-16 12:26:00
Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödəniş sisteminin yaradılması layihəsi üzərində işlər aparır. 
 Bunu bu gün AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev "Maliyyə və Texnologiyalar Sammiti”ndə ("Fintex Sammit”) bildirib.
A. Quliyev deyib ki, 50 ölkədə ani ödəniş sistemi tətbiq olunur və Azərbaycanda bu sistemin yaradılması nəticəsində fiziki şəxslər, biznes strukturları və dövlət qurumları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablamalar 7/24/365 rejimində 5-10 saniyə ərzində yekunlaşacaq.
© ONA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262