BANK

3 bankda internet bankçılıq, 5 bankda isə mobil bankçılıq yoxdur
16 MAY
105

3 bankda internet bankçılıq, 5 bankda isə mobil bankçılıq yoxdur

2019-05-16 11:52:00

“Ötən illə müqayisə etdikdə Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma ilə bağlı sürətli müsbət dinamikanı görürük”.

Bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

“Bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 27-də internet bankçılıq, 25-ə isə mobil bankçılıq xidmətləri təklif edilir. Bu ilin I rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatların təxminən 31%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib. Bu nisbət ötən ilin eyni dövründə 22% olub”, - o qeyd edib.

Bundan başqa, İ.Alışovun sözlərinə görə, hazırda Azərbaycanda banklara məxsus 6,8 milyon ədəd plastik kart var: “Təkcə bu ilin I rübündə dövriyyəyə 772 min ədəd təmassız ödəniş kartı buraxılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Son 1 ildə elektron ticarət hesabına aparılan əməliyyatların dəyəri də 2 dəfədən çox artıb, 266 milyon manatdan 573 milyon manata yüksəlib”. 

© Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263