BANK

Sədr müavini manatın məzənnəsindən danışdı
16 MAY
527

Sədr müavini manatın məzənnəsindən danışdı

2019-05-16 09:46:00

Manatın məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatçılıq üçün faktor yoxdur. Fins.az xəbər verir ki, bunu FİNTEX Maliyyə və Texnologiyalar sammitində Mərkəzi Bankın sədr müavini Alim Quliyev jurnalistlərə açıqlamasında deyib. O, qedy edib ki, Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildə sabitləşən, bərqararlaşan iqtisadi sabitlik təmin olunsun. Onun sözlərinə görə, manatın məzənnəsinin ilin sonuna qədər sabitliyinin təmin olunması üçün də bütün əsaslar var.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır