BANK

Avropa Pul Viktorinasının şagirdlərinə təlim keçirilib
15 MAY
185

Avropa Pul Viktorinasının şagirdlərinə təlim keçirilib

2019-05-15 15:16:00

Avropa Pul Viktorinasının şagirdlərinə rəqəmsal maliyyə texnologiyaları və startaplar haqqında interaktiv təlim keçirilib.

Fins.az Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir ki, “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Kapital Bank” ASC-in təşkilatçılığı ilə mayın 14-də Human Kapital Center-də Avropa Pul Viktorinasının seçim turunda iştirak edən və ikinci mərhələyə keçən 70 (yetmiş) nəfər şagirdə rəqəmsal maliyyə texnologiyaları və startaplar haqqında interaktiv təlim keçirilib.

Təlimdə “İT karyera yolu” və “Dünya pulları” mövzuları üzrə interaktiv seminarlar təşkil edilib. Bundan əlavə şagirdlərə Maliyyə və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startaplar haqqında geniş məlumat verilmiş, təlim zamanı yaranmış sullar ətraflı cavablandırılıb.

Seminarlarda, təlimçi qismində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin, “Dərs Evi” tədris mərkəzinin və “Bd Kids” təşkilatının mütəxəssis və müəllim heyyəti çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır