BANK

Zərərdən mənfəətə keçib
15 MAY
97

Zərərdən mənfəətə keçib

2019-05-15 13:36:00

“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 532 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 1 milyon 333 min manat xalis zərərlə çıxmışdı. 

Fins.az xəbər verir ki, ötən il “Viator Mikrokredit Azərbaycan”ın gəlirləri 1 milyon 466 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 440 min manat, qeyri-faiz gəlirləri 26 min manat, xərcləri 1 milyon 517 min manat, o cümlədən faiz xərcləri 20 min manat, qeyri-faiz xərcləri 1 milyon 497 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 711 min manat, mənfəət vergisi ödəmələri isə 129 min manat təşkil edib.  

Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 4 milyon 879 min manat olub ki, bu da illik müqayisədə 6,9% azdır. Bunun 4 milyon 50 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 8% kiçilib.

Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 12,9% azalaraq 3 milyon 976 min manata düşüb, balans kapitalı isə 33,6% artaraq 903 min manata çatıb.

© Renkinq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264