BANK

Yarım milyondan çox insana kompensasiya ödənilib - Problemli kreditlərlə bağlı açıqlama
14 MAY
445

Yarım milyondan çox insana kompensasiya ödənilib - Problemli kreditlərlə bağlı açıqlama

2019-05-14 16:06:00

"“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. 13 may 2019-cu il tarixinə qədər artıq 506 min vətəndaşımıza ödənişlər təmin edilmişdir ki, bu da planın 84%-nin icra edildiyinin göstəricisidir".  

Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Mətbuat katibi Elşən Allahverdiyev bildirib. O qeyd edib ki, edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlmiş və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunmuşdur. 

"Əlavə olaraq bildiririk ki, artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilmişdir. Bundan sonra vətəndaşlar apellyasiya komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır",- Palatanın Mətbuat katibi əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır