BANK

Banklar Assosiasiyası seminarlar keçirir
14 MAY
206

Banklar Assosiasiyası seminarlar keçirir

2019-05-14 15:55:00

“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində 14 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Accessbank” QSC-nin baş ofisində “Sahibkarlar üçün Rəqəmsal Maliyyə Texnologiyalarından istifadənin rolu və onlara gətirəcəyi üstünlüklər” mövzusunda seminar təşkil edilib.

ABA-dan Fins.az-a verilən məlumata görə, görüşdə “İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər”, "Rəqəmsal satış kanalları və e-commerce-in biznesin inkişafında rolu" və “Rəqəmsal maliyyə texnologiyalarının biznesdə rolu” mövzularında təlimlər keçirilmiş və bu istiqamətdə müzakirələra parılıb.

Seminarda “Kapital Bank” ASC-nin, “Accessbank” QSC-nin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları təlimçi qismində çıxış ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır