BANK

"AFB Bank"-a "AccessBank"-dan 3 yeni transfer
14 MAY
157

"AFB Bank"-a "AccessBank"-dan 3 yeni transfer

2019-05-14 14:00:00

"AccessBank"dan "AFB Bank"-a 3 filial müdiri transfer olunub. Azərbaycanın aparıcı banklarından biri olan “AFB Bank” ASC-ninNərimanovfilialının rəhbəri vəzifəsinə Taleh Feyzulla ,Təvəkkül Paşşanov və Vaqif Babayev isə müvafiq olaraq Sumqayıt və Mərdəkan filiallarının rəhbəri vəzifəsinə təyin edilmişdir.          

28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış ”AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli və ölçülü fəaliyyətə üstünlük verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264